Ölkənin rəsmi orqanları ölənlərin sayını açıqlayıb
Misirdə baş vermiş hadisələr zamanı ölənlərin sayı 278-ə çatıb.
Bu barədə "Frans Press"ə rəsmi orqanlardan məlumat daxil olub.
Misir Səhiyyə Nazirliyinin bundan öncə yaydığı məlumatda ölənlərin sayının 192, yaralıların isə 1,4 min nəfər olduğu bildirilirdi. “Müsəlman qardaşları”nın nümayəndələri isə iddia edir ki, toqquşmalar zamanı 2,2 min nəfər ölüb, 10 min nəfər yaralanıb.