Misirə gedən iranlı diplomat yoxa çıxdı

Misirə gedən iranlı diplomat yoxa çıxdı
DÜNYA
14:43 08.09.2025
237
Rəsmi dəvətlə Misirə gedən İranın diplomatı Əmir Musəvi Qahirə hava limanında sorğu-sual edildikdən sonra qəfil yoxa çıxıb.
 
AZXEBER.COM İranın IRNA xəbər agentliyinə istinadən xəbər verir ki, diplomatla bağlı nə Misir, nə də İran rəsmiləri heç bir açıqlama verməyib.

Adı açıqlanmayan bir mənbənin Misirin almasalah.com saytına verdiyi məlumata görə, Musəviyə əvvəlcədən İran və İraq pasportları verilib və ona təhlükəsizlik icazəsi və Misirə daxil olmaq üçün viza alınıb.
 
Musəvinin hava limanındakı son paylaşımı da sosial mediada mübahisələrə səbəb olub.
 
Qeyd edək ki, Musəvinin Misirdə keçiriləcək seminarda iştirak edəcəyi və burada müxtəlif strateji sahələrə dair İran və Misir arasında iqtisadi və texnoloji əməkdaşlıq imkanlarını müzakirə edəcəyi gözlənilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR