Misirin şərqində pilotsuz uçuş aparatının və raketin qəzaya uğraması, səbəbi araşdırılan hadisədə yaralananların olduğu bildirilir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bildirilib ki, pilotsuz uçuş aparatı (PUA) Misirin şərqində, İsrail sərhədi yaxınlığında yerləşən Taba şəhərinə düşüb, Aqabə körfəzi yaxınlığında yerləşən Nuveybə şəhərinə raket düşüb.
Misir Ordusunun sözçüsü polkovnik Qərib Əbdülhafez verdiyi açıqlamada "naməlum” İHA-nın Taba şəhərində binanın üzərinə düşdüyünü təsdiqləyib. Polkovnik Əbülhafez deyib:
"Hadisə nəticəsində 6 nəfər yüngül xəsarət alıb, yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb. Hadisə ilə bağlı müvafiq orqanlardan ibarət ekspert komissiyası tərəfindən araşdırma aparılır”.
Gülay