Misli Premyer Liqası: "Zirə" - "Qarabağ" oyununda qalib müəyyənləşmədi

Misli Premyer Liqası: "Zirə" - "Qarabağ" oyununda qalib müəyyənləşmədi
İDMAN
19:00 06.12.2025
92
Misli Premyer Liqasında XIV tura start verilib.

AZXEBER.COM xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.

"Zirə"nin heyətində 31-ci dəqiqədə İssa Cibrilia fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR