“Miss Azerbaycan” nəyə görə rus dilində keçirilir?

MAQAZİN
13:41 03.04.2015
3951
"Miss Azərbaycan" yarışması barədə hər gün yeni nə isə eşidirik. Kimisi yarışmanın düzgün keçirilməməsi, səs vermələrin saxta olması və iştirakçılara edilən bir çox haqsızlıqdan danışır.Bu dəfə isə yarışma ilə bağlı daha bir məsələ ortaya çıxdı. Yarışma Azərbaycan dilində səslənmir. Bu barədə AZXEBER.COM-a danışan Merlin Təranə, illərdir bu sistemin davam etdiyini bildirib: ""Miss Azərbaycan"ın keçirtdiyi yarışmaya nəzər salsanız, bir kəlimə də olsun Azərbaycan dilində danışan insan yoxdur. Bütün yarışma aparıcı tərəfindən Rus dilində səslənir. Bu mənə həddindən çox pis təsir edir. Mən özüm də bu yarışmada olmuşam. 2013-cü ildə. O zamanlar da, səslənmə rus dilində idi. Və bəzi xanım iştirakçılar bu dili bilmirdi. Məndən soruşurdular. Mən yarışmanın rəhbərliyindən xahiş etdim ki, bunu Azərbaycan dilində yazsınlar və çox sağ olsunlar xahişimi nəzərə aldılar. Artıq üzərindən 2 il keçib, ama yarışma hələ də rus dilində səsləndirilir. Ordakı iştirakçıların da bir çoxu mənə haqq qazandırdılar bu fikrimdə. Çünki normal olan budur. Qızların əksəriyyəti rus-dilli qızlar və Ruslardır. Azərbaycanlı qızlar yarışmadan uzaqlaşdırılır. Bu gözəllik yarışmasıdır. Gözəllik dedikdə bədən ölçüləri uyğun olmalıdır: 90 60 90. Amma bu yarışmada ölçülərə uyğun gəlməyən kifayət qədər qızlar da var. Mən özüm münsiflər heyyətində əyləşərkən, bəyənmədiyim qızların heç birinə müsbət yazmamışam. Ancaq onların əksəriyyəti seçilib. Belə çıxır ki, səs vermə hələ də şəffaf keçirilmir. Mənim problemim yarışmadakı qızlarla deyil. Mənim istədiyim, yarışmanın Azərbaycan dilində keçirilməsidir. Bununla bağlı tədbir görülsün. Çünki bir millətin dinini əlindən almaq üçün, birinci dilini əldən alırlar. Bu da Azərbaycan dili üçün çox təhqir edicidir. Bu yarışma Rusiyada da keçirlir. Orada çoxlu Azərbaycanlı qız var. Görün onlar üçün, bir cümlə Azərbaycan dilində nəsə deyilir? Yox. Mən bu məsələnin aradan qaldırılması üçün əlimdən gələni edəcəm".Qeyd edək ki, cazibədar model, "Top model 2011" finalisti, "Özünə bax" yarışmasının qalibidir.
OXŞAR XƏBƏRLƏR