"Miss Eurovision"un seçimləri başlayır

MAQAZİN
11:00 12.03.2014
1223
Dünyaca məşhur "Miss Eurovision" beynəlxalq gözəllik yarışmasınin Azərbaycan seçimlərinə start verilib.
"Eurovision” müsabiqələrinin musiqi yarışması qədər önəmli olan "Miss Eurovision” müsabiqəsinin ilk kastinq günü təyin olunub. Birinci mərhələdə 40 ən gözəl iştirakçı seçiləcək. Finalda 22 gözəl keçəcək və qalib gözəl ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcək. Finalçılar müxtəlif naminantlar almaqla bərabər qalib avtomobil qazanacaq. 
Qeyd edək  ki, müsabiqənin Azərbaycanda rəsmi təmsilçisi "High Life Fashion & Model Academy”-dir.
Müsabiqə ölkəmizdə "High Life Fashion & Model Academy” və "Merac Production"-un birgə layihəsi əsasında keçirilir. Münsiflər heyəti artıq məlumdur. Layihə rəhbəri, modelyer və akademiyanın prezidenti Mübariz Allahverdizadə, layihənin təşkilatçısı, akademiyanın baş direktoru Aqil Məmiyev müğənnilər Nura Suri, Zamiq Hüseynov, aparıcılar Nərgiz Cəlilova, Şəhriyar Əbilov, model Oksana Rzayeva, yarışmanın keçən il Azərbaycan təmsilçısı model Anastasiya Bern,Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı . model İlqar Əliyev olacaq.Həmçinin onu da əlavə edim ki, gələn il də bu yarışmanın dünya müsabiqəsi ölkəmizdə planlaşdırılır”.Qeyd edək ki, gözəlliyinə əmin olan hər bir xanım seçim turlarına dəvət edilir. Kastinq Azərbaycanın ən baxımlı kanalı olan ATV –də, final isə əlavə olaraq həm də Türkiyənin Kral TV-də yayımlanacaq.
Müsabiqənin təşkilati dəstəyi isə Tar Production,The Public Club və Xattab Organization-dur.
İştirak etmək istəyənlər  15 Mart Saat 14:00’da The Public’ə gəlib və bizə qoşula bilər (Nizami st. 24, AZ1001 Baku). 
Ətraflı məlumat üçün Mob: (055) 265 55 61 ; (050) 535 38 45
OXŞAR XƏBƏRLƏR