“Miss Globe İnternational”ın təşkilatçısı həbs olundu

MAQAZİN
16:00 27.05.2014
1472
“Merac Holdinq”in prezidenti Səbuhi Əliyev həbs edilib.AzNews.az-a daxil olan məlumata görə bu günlərdə Bakıda keçirilən “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının əsas təşkilatçılarından olan S.Əliyev barəsində 24 may tarixində Binəqədi rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, ona qarşı rüşvət və dələduzluq maddələri ilə ittiham irəli sürülüb. Səbuhi Əliyevin hazırda Kürdəxanı təcridxanasında saxlanıldığı deyilir. Məlumata görə, onun həbsinin maksimum dərəcədə gizli saxlamağa çalışıblar.
OXŞAR XƏBƏRLƏR