"Miss gombul-2014" seçildi - FOTO

MARAQLI
12:11 28.04.2014
2303

100 kq-dan artıq çəkisi olan 15 xanım gözəllik yarışmasının finalında yarışıb

Paraqvayda “Miss gombul -2014” gözəllik müsabiqəsi keçirilib. ANS PRESS-in məlumatına görə, digərlərindən fərqli olan bu müsabiqənin məqsədi artıq çəkidən əziyyət çəkən qadınların özlərinə verdikləri dəyəri qaldırmaqdır. 100 kq-dan artıq çəkisi olan 15 xanım gözəllik yarışmasının finalına keçiblər. Çəkilərinin artıq olmağına baxmayaraq xanımlar hündürdaban ayaqqabıda və dekolteli gecə geyimlərində podiumda asanlıqla gəzə biliblər.
Bir-birindən maraqlı obrazlarla juri qarşısına çıxan xanımların arasından yalnız biri qalibiyyət qazana bilib. Musiqi müəlliməliyi ilə yanaşı psixoloq kimi özünü sınayan 24 yaşlı Monserrat Monxes birinciliyə sahib olub:
“Həyatım boyunca mən gombul və eybəcər olmuşam. İlk dəfədir ki, gözəllik müsabiqəsinə qatılmışam. Mən özümdə güc toplayaraq xanımlara nümayiş etmək istədim ki, artıq çəkili olmağınıza baxmayaraq özünüzə qiymət verməyi bacarın”.
Yarışmanın təşkilatçısı Mikael Beras piylənmə, eləcə də artıq çəkidən əziyyət çəkən qadın və kişilərin ölkəsi hesab edilən Paraqvayda müsabiqə keçirməyin heç də asan başa gəlmədiyini deyib: “Bu insanlar özlərində kompleks yaradırlar, onları biraz da önə çıxararaq qabartmaq təhlükəli olardı deyə fikirləşdik. Amma bu addımı atmağa cəsarət topladıq”.
Qeyd edək ki, Praqvayın 57,6% vətəndaşı artıq çəkidən əziyyət çəkir, 6,5 milyon insan isə piylənmə xəstəliyinə yoluxub.
OXŞAR XƏBƏRLƏR