Banqkokda keçiriləcək nüfuzlu "Miss Grand International 2025" gözəllik müsabiqəsində Qazaxıstanı 23 yaşlı Tomiris Kadırxan təmsil edəcək.
AZXEBER.COM xarici mətbuat aistinadən xəbər verir ki, ixtisasca mühasib olan model, ölkənin bu yarışda ilk təmsilçisi kimi tarixə düşüb.
Kadırxan gözəllik müsabiqəsində iştirakını "Miss Qazaxıstan 2024"ün qaliblərindən biri olaraq və "Miss Grand Qazaxıstan 2024" titulunu qazanaraq əldə edib.
Qeyd edək ki, "Miss Grand International" prestijinə görə "Miss World" ilə müqayisə olunur. Müsabiqənin əsas xüsusiyyəti onun bütün dünyada müharibə və zorakılığa qarşı çıxan təşəbbüsləri təbliğ etməsidir.
Aysel