MİT PKK/KCK-nin İsveç təşkilatlanmasının rəhbərini saxlayaraq ölkədən deportasiya edib

MİT PKK/KCK-nin İsveç təşkilatlanmasının rəhbərini saxlayaraq ölkədən deportasiya edib
DÜNYA
19:23 02.07.2024
162
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/KCK terror təşkilatına qarşı yeni əməliyyat keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.

Bildirilib ki, MİT və Mardin vilayət Jandarma İdarəsinin birgə əməliyyatı nəticəsində terror təşkilatının İsveç qadın təşkilatlanması üzrə rəhbəri, İsveç vətəndaşı Zozan Baransson Mardinin Nusaybin bölgəsində saxlanılıb.

O, İsveçə deportasiya edilib.

Məlumata görə, Z.Baransson terror təşkilatı ilə əlaqələrini inkar edib.
OXŞAR XƏBƏRLƏR