Mixael Link: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm”

Mixael Link: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm”
SİYASƏT
19:01 08.04.2015
1293
Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.
Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlığa çox önəm verdiyini vurğulayan B. Muradova bildirib ki, Azərbaycan quruma üzv olduğu ilk illərdən indiyədək mövcud prinsiplərə və öhdəliklərə sadiq qalıb.
 
O qeyd edib ki, ötən yay ATƏT PA-nın 23-cü illik sessiyasının Bakıda keçirilməsi Azərbaycanın bu qurum üçün nə qədər dəyərli ölkə olduğunu ortaya qoyub: “Həmin sessiyada alınan qərarlar və gəlinən nəticələr də əməkdaşlığın genişləndirilməsini tələb edir”.
 
Ölkəmizin DTİHB ilə əməkdaşlığından bəhs edən vitse-spiker xatırladıb ki, ötən dövr seçkilərin monitorinqi  ilə bağlı ciddi polemika ilə də yadda qalıb. B.Muradova bildirib ki, 2005-ci ildən etibarən ATƏT PA-da müxtəlif ölkələrdəki seçkilərin monitorinqi ilə əlaqədar ən gərgin müzakirələrin şahidi və iştirakçısı olub.
Görüşdə bu il Azərbaycanda seçki ili olduğu, bu mühüm siyasi prosesə ciddi hazırlığın getdiyi bildirilib. Seçki zamanı DTİHB-in obyektiv monitorinq aparacağına inam ifadə olunub. B. Muradova qeyd edib ki, Azərbaycan seçki prosesində demokratik dəyərlərə söykənir: “Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək”.
 
Mixael Link isə vəzifədə Azərbaycana ilk səfəri olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, hər işə başlayanda öncə qanunlara və prinsiplərə riayət etmək vacibdir: “Bundan əvvəlki səfərlərimdə olduğu kimi, bu dəfə də ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimi bildirirəm. Bu yanaşmanı hazırkı mandatıma –  direktoru olduğum DTİHB-ə də tətbiq etməyə çalışıram”.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür