Mixail Qorbaçov vəfat etdi

Mixail Qorbaçov vəfat etdi
DÜNYA
00:30 31.08.2022
1039
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ölüb.
 
AZXEBER.COM-un məlumatına görə, bu barədə Mərkəzi Kliniki Xəstəxanadan bildirilib.

SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.

"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - deyə Mərkəzi Klinik Xəstəxanadan bildirilib.
OXŞAR XƏBƏRLƏR