'Mixaylo' öldü

MƏDƏNİYYƏT
12:29 12.04.2013
2014
Xalq artisti Nodar Şaşıqoğlu bu gün dünyasını dəyişib. Lent.az-ın verdiyi məlumata görə, acar əsilli xalq artisti Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra vəfat edib. N.Şaşıqoğlu bu gün səhər saatlarında dünyasını dəyişib. Xalq artisti ilə vida mərasiminin bu gün saat 15:00 radələrində Aktyor Evində baş tutacağı bildirilir.Qeyd edək ki, Nodar Şaşıqoğlu Azərbaycan və Rusiyanın xalq artistidir. Azərbaycan tamaşaçılarına “Mixaylo” obrazı ilə kimi əziz olan Nodar Şaşıqoğlu 1983-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb.Xatırladaq ki, xalq artisti 1927-ci il Tbilisidə dünyaya gəlib. B.V.Şşükin ad. Moskva şəhərinin teatr-məktəbində savad alıb. Moskvanın Y.Vaxtanqov ad. Taqankadakı teatrda, Leninqradın A.S.Puşkin ad. teatrda aktyor işləyib. "Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kinostudiyalarda işləyib.

OXŞAR XƏBƏRLƏR