Mixeil Saakaşvili Prezident İlham Əliyevi təbrik etdi

SİYASƏT
15:42 30.05.2013
1512

Gürcüstanın PrezidentiMixeil SaakaşviliAzərbaycan Respublikasının Prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb. AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri, Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istərdim. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və strateji əməkdaşlığın dinamik inkişafından məmnunluq duyuram. Ümidvaram ki, dövlətlərimiz təkcə iki ölkənin deyil, bütün regionun sülh, əmin-amanlıq və rifahının gücləndirilməsi naminə nümunəvi əməkdaşlıqlarını daha da möhkəmlədəcək və inkişaf etdirəcəklər. Zati-aliləri, fürsətdən istifadə edərək bir daha ən dərin ehtiramımı bildirmək və Sizi bu əlamətdar bayram münasibətilə təbrik etmək istəyirəm".

OXŞAR XƏBƏRLƏR