Mixeil Saakaşvilinin məhkəmədə halı pisləşdi

Mixeil Saakaşvilinin məhkəmədə halı pisləşdi
DÜNYA
13:09 20.04.2022
333
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəmədə halı pisləşib.

O, məhkəmə zalından çıxarılıb və hakim prosesdə fasilə elan edib.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində eks-prezidentin Gürcüstan sərhədini qanunsuz keçməsi ilə bağlı iş üzrə növbəti iclas keçirilir.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. O, ötən gün müstəqil həkimlər qrupuna ünvanladığı məktubunda səhhətinin pisləşdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR