MM: "Simonyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir, sülh və əmin-amanlığa töhfə vermir"

MM: "Simonyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir, sülh və əmin-amanlığa töhfə vermir"
SİYASƏT
16:46 24.04.2023
221
"Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir".

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin Mətbuat xidməti Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatına münasibətində bildirib.

"Ermənistan rəsmiləri, həmçinin, parlamentin spikeri açıqlama və bəyanatlarında beynəlxalq birliyi Azərbaycana qarşı qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərindən çəkinməlidir", - qeyd edilib.

"Vurğulamaq lazımdır ki, sərhəd təhlükəsizliyinin, o cümlədən, hərəkətin təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Laçın yolunda sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması və sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur. Azərbaycan Hökumətinin bu qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş və çıxışı təşviq etmək məqsədinə xidmət edir.

Ermənistan tərəfinin bu qərarın guya Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatına zidd olması yönündə iddiaları tamamilə əsassız və həqiqətdən uzaqdır. Məhz Ermənistan sözügedən bəyanatın müddəalarını kobud şəkildə pozaraq, ötən müddət ərzində Laçın yolundan qanunsuz hərbi məqsədlər üçün istifadə edib. O cümlədən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı birləşmələrinin şəxsi heyətinin rotasiyası və silah və sursatın daşınması həyata keçirilib. Yol vasitəsilə minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurub, mina partlayışları nəticəsində çoxlu sayda vətəndaşımız həlak olub və yaralanıb.
Azərbaycan Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrin və humanitar yüklərin maneəsiz hərəkətini tam təmin edir.

Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməkdən çəkinməyə, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağa çağırırıq", - MM-dən bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib