MN düşmənin yaydığı daha bir xəbəri təkzib etdi

MN düşmənin yaydığı daha bir xəbəri təkzib etdi
SOSİAL
17:52 02.11.2020
603

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin "vurulması” barədə xəbər dezinformasiyadır.

AZXEBER.COM  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Nə qədər gülməli səslənsə də, Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək "vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi. Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR