MN: "Ermənistan silahlı qüvvələri mövqelərimizi fasilələrlə atəşə tutur, zəruri cavab tədbirləri görülür"

MN: "Ermənistan silahlı qüvvələri mövqelərimizi fasilələrlə atəşə tutur, zəruri cavab tədbirləri görülür"
SİYASƏT
10:17 14.09.2022
651
Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - açıqlamada bildirilib.
OXŞAR XƏBƏRLƏR