MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
SİYASƏT
12:49 30.05.2025
387
Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan Müdafiə Nazirliyinin iddiaları ilə bağlı məlumat yayıb. 

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır:

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır".
OXŞAR XƏBƏRLƏR