Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov səngərdə şəhid olub

Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov səngərdə şəhid olub
SOSİAL
16:57 02.08.2020
4140

"General-mayor Polad Həşimovun həlak olması ilə bağlı manipulyasiyalar şəhidlərimizin ruhuna hörmətsizlikdir”.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.
"General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.
Videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəyinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.
Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. İddia edildiyi kimi general "cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.
Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirməklərini tövsiyə edirik. 
Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir", - deyə xəbərdə qeyd edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Təyyarə texniki cəhətdən tam saz vəziyyətdə olub" - AZAL-dan açıqlama
13:54 20.10.2025
"Təyyarə texniki cəhətdən tam saz vəziyyətdə olub" - AZAL-dan açıqlama
Acun "Survivor Həsən"in qızının bütün təhsil xərclərini qarşılayacaq
13:52 20.10.2025
Acun "Survivor Həsən"in qızının bütün təhsil xərclərini qarşılayacaq
“Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutdu - FOTOLAR
13:19 20.10.2025
“Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutdu - FOTOLAR
AccessBank ideyaları biznesə çevirməyə dəstək olur: “Bizdən Biznesə” ikinci dəfə start götürür
13:07 20.10.2025
AccessBank ideyaları biznesə çevirməyə dəstək olur: “Bizdən Biznesə” ikinci dəfə start götürür
Mehriban Xanlarovanın qızı onunla barışmaq üçün efirə gəldi
13:05 20.10.2025
Mehriban Xanlarovanın qızı onunla barışmaq üçün efirə gəldi
Banqladeşdə hava limanındakı yanğın söndürüldü - 26 saata
13:03 20.10.2025
Banqladeşdə hava limanındakı yanğın söndürüldü - 26 saata
Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib
12:54 20.10.2025
Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib
“Qarabağ”ın “Atletik”lə matçı üçün hakimlər açıqlandı
12:45 20.10.2025
“Qarabağ”ın “Atletik”lə matçı üçün hakimlər açıqlandı
Paytaxtda moped və skuter oğurlayan şəxslər saxlanılıblar
12:41 20.10.2025
Paytaxtda moped və skuter oğurlayan şəxslər saxlanılıblar
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldılar
12:28 20.10.2025
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldılar
Müəllim dərs zamanı vəfat etdi
12:21 20.10.2025
Müəllim dərs zamanı vəfat etdi
“Onun bütün nəsli “Ramiz Mehdiyev xaindir” damğası ilə yaşayacaq” - Keçmiş nazirlə özəl müsahibə
12:13 20.10.2025
“Onun bütün nəsli “Ramiz Mehdiyev xaindir” damğası ilə yaşayacaq” - Keçmiş nazirlə özəl müsahibə
Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi
12:09 20.10.2025
Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
12:07 20.10.2025
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - SİYAHI
11:49 20.10.2025
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - SİYAHI
Kirkorov: "Allaya mənə etdiklərinə görə minnətdaram"
11:43 20.10.2025
Kirkorov: "Allaya mənə etdiklərinə görə minnətdaram"