Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov səngərdə şəhid olub

SOSİAL
16:57 02.08.2020
3648

"General-mayor Polad Həşimovun həlak olması ilə bağlı manipulyasiyalar şəhidlərimizin ruhuna hörmətsizlikdir”.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.
"General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.
Videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəyinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.
Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. İddia edildiyi kimi general "cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.
Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirməklərini tövsiyə edirik. 
Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir", - deyə xəbərdə qeyd edilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:30 07.08.2020

Bakıya gəlmək üçün vətəndaşa saxta arayış verən baş həkim saxlanıldı - VİDEO

19:20 07.08.2020

“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

19:00 07.08.2020

ÜST dünya ictimaiyyətini Livana 15 milyon dollar ayırmağa çağırıb

18:36 07.08.2020

DYP-dən rayonlara getmək istəyənlərə MÜRACİƏT

18:03 07.08.2020

"Bandotdel" Bakıda əməliyyat keçirdi - VİDEO

17:43 07.08.2020

Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü

17:38 07.08.2020

Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

17:29 07.08.2020

Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit

17:25 07.08.2020

Şəhid generalla polkovnikin məzar daşı hazırdır - Foto

17:12 07.08.2020

Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

17:00 07.08.2020

Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi

16:55 07.08.2020

Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu - FOTOLAR

16:46 07.08.2020

Azərbaycanda daha 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı

16:21 07.08.2020

Naftalanda hərəkət məhdudiyyəti olanlar və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılır - Fotolar

16:03 07.08.2020

“Xanımlar işlərinə daha sadiqdirlər” - Zəhra Zeynalova

16:01 07.08.2020

Daşqın Rəcəbli: "Biz humanist xalq olduğumuzu dünyaya göstərməkdə davam edəcəyik"

X Mostbet