‘Mobil peratorlar tezliklə daha aşağı qiymətə vahid tarif sistemi tətbiq edəcək’ - Nazir

‘Mobil peratorlar tezliklə daha aşağı qiymətə vahid tarif sistemi tətbiq edəcək’ -  Nazir
SİYASƏT
16:07 24.05.2014
1707

“Yaxın zamanda mobil operatorlar üçün ara bağlantı tariflərinə görə, daha aşağı qiymətə vahid tarif sistemi tətbiq olunacaq”.

Bunu jurnalistlərə açıqlamasında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, mobil tariflərin endirilməsi üçün danışıqlar davam etdirilir: “Hər üç operatorla apardığımız müzakirələrin nəticəsindən asılı olaraq, yaxın zamanlarda mobil operatorlar üçün ara bağlantı tariflərinə görə daha aşağı qiymətə vahid tarif sistemi tətbiq olunacaq”.

Ə. Abbasov qeyd edib ki, bu həm rəqabət mühitinə artırılmasına və qiymətlərin aşağı salınmasına gətirib çıxaracaq.

OXŞAR XƏBƏRLƏR