Mobil Şöbə ilə öz zövqünüzə uyğun rəqəmsal kart aça biləcəksiniz!

Mobil Şöbə ilə öz zövqünüzə uyğun rəqəmsal kart aça biləcəksiniz!
İQTİSADİYYAT
13:04 04.05.2021
674
Ökəmizdə nağdsız ödənişlərin inkişafına və innovasiyalara böyük diqqət ayıran Bank Respublika, müştərilərinə yeni "Digital Card” məhsulunu təqdim etdi.

AZXEBER.COM xəbər verir ki, "Digital Card” – "Bank Respublika”nın Mobil Şöbə mobil əlavəsi üzərindən ani şəkildə aktivləşdirilən, mal və xidmətlərin dəyərinin İnternet və NFC xidməti vasitəsilə ödənilməsi üçün nəzərdə tutulan VISA kartıdır. Artıq həm bankın müştəriləri, həmçinin Mobil şöbə əlavəsinin istənilən istifadəçiləri banka getmədən, vaxt itirmədən bir toxunuşla və PULSUZ olaraq Bank Respublikanın Digital Card sahibi ola biləcəklər.

Bu kart üzrə rekvizitləri müştərilər birbaşa olaraq və tam təhlükəsiz şəkildə Mobil Şöbə üzərindən əldə edə və müxtəlif İnternet saytlarında bütün ödənişlərini rahatlıqla apara biləcəklər. Yeni kart – tam olaraq rəqəmsal kartdır və fiziki plastik üzərində çap olunmur. Qeyd edək ki, hal-hazırda kart AZN valyutasında və heç bir xidmət haqqı tutulmadan 1 il müddətinə istifadəyə buraxılır.

Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq müştərilər Mobil Şöbə vasitəsilə Digital Card üçün xüsusi təqdim olunan kataloqdan istədikləri dizaynı seçib öz zövqlərinə uyğun kart görünüşünü təyin edə biləcəklər. Kartın bir əlavə üstünlüyü də odur ki, aktiv olunandan dərhal sonra, onu NFC xidmətinə qoşaraq smartfon vasitəsilə ödəmələrdə də ondan istifadə etmək mümkün olacaqdır. (NFC-ni dəstəkləyən Android cihazlarında)

Vaxt itirmədən Mobil Şöbə əlavəsini yükləyin, öz zövqünüzə uyğun dizaynda rəqəmsal kart sahibi olun! Bank Respublikanın Mobil Şöbə əlavəsini həm PlayMarket, həm də AppStore-dan yükləmək mümkündür.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
10:36 29.10.2026
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
10:34 29.10.2026
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
10:30 29.10.2026
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
10:27 29.10.2026
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
10:26 29.10.2026
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
10:24 29.10.2026
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
10:23 29.10.2026
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
Azərbaycanda yeni ombudsman seçiləcək
10:19 29.10.2026
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
09:57 29.10.2026
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
09:43 29.10.2026
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
09:36 29.10.2026
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
09:11 29.10.2026
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi