Mobil telefon bu qızın cibində partladı - FOTO

Mobil telefon bu qızın cibində partladı - FOTO
MARAQLI
14:50 11.07.2013
4315

İsveçrədə Fanni Şlatter adlı gənc qızın cibində gəzdirdiyi “Galaxy S3” telefonu partlayıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, nəticədə gənc qız yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. 

“Samsung”un İsveçrə filialından alınan telefonun bir anda güclü şəkildə partladığı bildirilib. Patlayış səbəbini müəyyənləşdirmək məqsədilə telefon Cənubi Koreyadakı AR-GE laboratoriyalarına göndərilib. Qeyd edək ki, şirkət gənc qıza yeni telefon hədiyyə edib və bir daha belə halın yaşanmayacağı bildirilib. 

OXŞAR XƏBƏRLƏR