Mobil telefonun sayəsində ölümdən qurtuldu

Mobil telefonun sayəsində ölümdən qurtuldu
DÜNYA
17:09 14.03.2019
4698
Avstraliyada mübahisə etdiyi bir kişinin atdığı oxa hədəf olan adam oxun mobil telefonuna gəlməsi sayəsində ölümdən qurtulub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı adı açıqlanmayan həmin şəxs ox ilə yay daşıyan adam ilə evin qabağında mübahisə edib.

Zərərçəkən şəxs həmin görüntüləri telefonuna çəkmək istədiyi anda qarşı tərəf oxu fırladıb və telefon oxa qalxan olub.
 
Polis oxun mobil telefonunu dəlib keçdiyini və telefonun oxun təsirilə üzünə dəyməsi nəticəsində zərərçəkənin üzündə kiçik çapıq əmələ gəldiyini bildirib. 39 yaşlı həmin şəxs hadisə yerindəcə həbs olunub.
 
Hadisə New South Wales əyalətindəki Nimbir qəsəbəsində baş verib.
 
Tahirə Nur
 

OXŞAR XƏBƏRLƏR