AZXEBER.COM-un məlumatına görə, Rusiyalı model Katia Əlizarova bəzi həmkarlarının tox qalmaq üçün nələr etdiklərini açıqlayıb.Onun sözlərinə görə, əvvəllər pambıq yeyərək arıqlayan modellər indi də kağız yeyir. 27 yaşlı rus model Katia Əlizarova yemək yeməmək üçün az qala dişlərini də çıxartdıran modellər olduğunu iddia edib.Əlizarova açıqlamasında zərif qalmaq üçün tox hiss etdirdiyinə görə kokain çəkən, bulimia (yediklərini qaytarmaq) xəstəliyinə tutulmağa can atan modellər tanıdığını bildirib. Ən pisi isə onların əksəriyyəti 16 yaşlı gənc qızlardır.