İstanbul Ağır Cəza Məhkəməsində Türkiyəli modelyer Hakan Akkayanın məhkəməsi baş tutub.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, narkotik maddədən istifadə etmək və yaymaq maddəsi ilə təqsirləndirilən Hakan ittihamların bir qismini qəbul edib.
O, narkotikdən istifadə etdiyini etiraf edib. H. Akkaya telefon danışıqları zamanı “kokain” sözünün əvəzinə parol kimi “araba” sözünü işlətdiyini bildirib. Lakin modelyer heç kimi narkotik maddə ilə təmin etmədiyini iddia edib. Yekun qərar növbəti məhkəməyədək təxirə salınıb.
Qeyd edək ki, ittihamlar təsdiqlənərsə, H. Akkayaya 7 ildən 22 ilədək həbs cəzası verilə bilər. Xatırladaq ki, Türkiyəli məşhur modelyer ötən ay Bakıda keçirilən tədbirlərdən birinə qatılmışdı.