Murad Həsənli
"Modernləşmə" çox səs-küylü və kifayət qədər mübahisəli mövzudur.
Bu anlayış "soyuq müharibə" dövründən aktuallığını qoruyub saxlayır. Sizinlə çox böyük məmnuniyyətlə bölüşəcəyim fikirlər, məndə birdən -birə yaranmamışdır. Bu mövzuda dəfələrlə götür-qoy etdiyim məsələlər barədə fikirlərimi çoxdan söyləmək niyyətində idim.
Mənim zənnimcə,modernləşmə cəmiyyəti daha irəliyə aparan mütərəqqi dəyişikliklər kompleksidir. Həmçinin bu kompleksin komponentləri zaman keçdikcə dəyişir. Dostlarım tez-tez vurğuluyurlar ki, bu əslində ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçiddir. Lakin "müasir cəmiyyət" deyəndə mən həmişə ehtiyyatla danışmağa diqqət etmişəm. Təəssüf olsun ki, dostlarım, hətta bir çox siyasətçilər, media mənsubları "müasir cəmiyyətlə", "universal cəmiyyət" anlayışını ya qarışdırırlar, ya da eyniləşdirirlər. Buna görə nə dostlarımı, nə də digərlərini qınamıram. Çünki qloballaşmanın ağlasığmaz sürəti müxtəlif fikir məktəbləri və mərkəzləri arasında fikir sərhəddini silməyə universal bir görüntü yaratmağa çalışır. Əslində, isə onların təbirincə modernləşmə ənənəvi cəmiyyətdən "universal cəmiyyətə" keçiddir. Yəni ənənədən qopma, kökdən qopma, ictimai həyatın tammilə dünyəvi xarakter alması, kütləvi təhsil, mədəni həyatın kütləviləşməsi və s. Sadalanan bu normaları özündə cəmləyən cəmiyyətləri "universal" adlandırmaq daha doğru olardı. Ümumilikdə bu fikrin "liberal" bir mərkəzdən gəldiyi və ənənəvi cəmiyyətləri ön şərtsiz universal dəyərlərlə qovuşdurmağı hədəflədiyi ortadadı. Bu isə bizim ortaya qoyduğumuz "Müasir Milli Dövlət" anlayışına tamamilə ziddir. Düzdür ki, universallığın bəzi komponentləri bizim formalaşdırmağa çalışdığımız "Müasir Milli Dövlət" konsepsiyamıznın komponentləri ilə uyğunluq təşil edir (kütləvi təhsil,mədəni proseslərdə kütləvi iştirak və s).
Prosesləri diqqətlə izlədikdən sonra aşağıdakı qənaətlərə gəldim.
1) XX əsrdən başlayaraq reallaşan modernləşmə təcrübələrini hazırki nəzəriyyələr dəqiq izah edə bilmir.
2) Ənənəvi modernləşmə nəzəriyyələri ilə aparılan təhlillər və paralellər proseslər arasındaki fərqləri ortaya çıxara bilmir nəticədə mahiyyət gizlin qalır.
3)Yeni bir nəzəri konsepsiyaya ehtiyyac var!
4)Ölkəmizdə modernləşmə deyəndə ilk öncə "nəsillərin dialoqu"na toxunmaq lazımdı.
5)Yeni və milli dəyərləri daşıyıcıları olan gənclərin fikri,onların yanaşma tərzi proseslərin istiqamətini müəyyən edəcək.
Nəsillərin dialoqu
Bizim cəmiyyət daxilindəki qarşılqlı münasibətlər ilk növbədə nəsillərin diaqloqudur. Biz gənclər nəyisə göstərməyə sübut etməyə, yeniləməyə çalışır, digərləri isə buna şübhə və tərəddüdlə yanaşırlar. Bu hər zaman belə olub. Bu həyati aksiomdu və qəbul etməliyik ki, bizi rasional gələcəyə doğru tarixi hərəkət prosesi ilə eyniləşdirib. Bizdən əvvəlki nəsil Sovetlər İttifaqı dağılandan sonra çətin təsəvvür edərdi ki, cəmi 10-15 il sonra dünya bütövlüklə informasiya texnologiyaları vasitəsil idarə olunacaq. Yeni dünya nizamı, yeni sosio-mədəni gerçəklik yaranacaq və əvvəlki hər şeyi inkar edib sıradan çıxaracaq.
1993-cü ildən təşəkkül tapmağa başlayan siyasi elita bu məsələlər haqqında düşünürdü. 10 il sonra yarana biləcək qeyri-müəyyənlik onları narahat edirdi. Siyasi elita yaxşı başa düşürdü ki, talehyüklü dəyişikliklər dövründə yaşayır. Formalaşmaqda olan nəslə yeni dünyanın tələblərinə uyğun bir miras qoymalı idilər. Həmçinin dövlət quruculuğuna gənclərin necə, hansı şəkildə cəlb olunmalıdı sualı hələ də açıq qalırdı. 1996 ci ilin 2 fevalında Ümummilli Lider Heydər Əliyev öz müdrik siyasəti və qətiyyəti ilə bütün suallara cavab verdi. Həmin tarixdə "nəsillərin dialoqu" adlanan ictimai-siyasi proses start götürdü.Bu diaqloq önşərtli dialoq idi! Önşərtlər aşağıdakılar idi.
1)Azərbaycan Respublikasının müstəqilliyinin,dövlətçiliyinin qorunması.
2)Milli-mənəvi dəyərlərin qorunması
3) Tolerantlıq və dünyəvilik.
Bu önşərtlər gənclər tərəfindən sayğı ilə qəbul edildiyi üçün sonralar ictimai-siyasi gündəmdə"siyasi varislik "ifadəsi işlənməyə başlanıldı. Mümkün "atalar və oğullar" qarşıdurması əvəzinə sistemli bir varsilik təmin olundu. 1996 ci ildən gənclər sahəsinə dövlətin diqqqəti artmağa başladı, çox ciddi islahatlar həyata keçirildi. Həmin 2 fevral günündə toplaşan təşəbbüskar və fəal gənclər başladıqları taleyüklü prosesi uğurla nəticələndirdilər. 20 ilə yaxın bir müddət keçib artıq həmin təşəbbüskar gənclərin ikisi millət vəkili, biri nazir, biri komitə sədri, digərləri nazir müavini, biri Prezident yanında SAM-ın sədridir.
Minlərlə gənc bu gün dövlət qulluğunda öz peşəkar fəaliyyətləri ilə tövfə verməyə davam edirlər. Artıq gənclər siyasi elitada təmsil olunurlar. Bu,dialoqun ən böyük nəticəsidi.