Modriç Arda Gülər haqda: "Onu böyük gələcək gözləyir"

İDMAN
10:45 12.10.2023
282
Xorvatiya millisinin kapitanı Luka Modriç Arda Güləri tərifləyib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, AVRO-2024 Təsnifat Qrupu mərhələsində keçiriləcək matçında Xorvatiya millisinin kapitanı Luka Modriç matçın keçiriləcəyi "Opus Arena"da təşkil edilən mətbuat konfransında futbolçu, "Real Madrid"dən komanda yoldaşı Arda Gülər ​​haqqında xoş sözlər söyləyib:

"Arda əla uşaq, çox istedadlı oyunçudur. Onu çox parlaq gələcək gözləyir. Əminəm ki, "Real Madrid" azarkeşlərinə böyük sevinc bəxş edəcək. Təəssüf ki, zədəsi səbəbindən hələ də istedadını nümayiş etdirmək imkanı olmayıb. Əminəm ki, onu böyük gələcək gözləyir”.
 
38 yaşlı kapitan Arda Gülər Türkiyənin Modriçi ola bilərmi sualına belə cavab verib: 

"Arda Gülər Türkiyənin ​​Arda Güləri ​​olsun. Onu heç kimlə müqayisə etməyə ehtiyac yoxdur. Əminəm ki, yaxşı oyunçu olduğunu nümayiş etdirəcək və böyük karyera sahibi olacaq. Onun təzyiq altında olmasına ehtiyac yoxdur".

Günel
OXŞAR XƏBƏRLƏR