Modriç "Real"dan ayrılacaq

İDMAN
23:29 11.05.2024
319
İspaniya nəhəngi "Real Madrid"in müdafiəçisi Luka Modriç cari mövsümün sonunda komandadan ayrılacaq.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, xorvatiyalı karyerasını hansı klubda davam etdirəcəyi barədə qərar verməyib.

Onun gedişindən sonra 10 nömrəli formanın Kilian Mbappeyə veriləcəyi gözlənilir.


Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. O, bu illər ərzində 4 dəfə İspaniya, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

OXŞAR XƏBƏRLƏR