Modriçin "Milan"la müqavilə imzalayacağı tarix bəlli olub

Modriçin "Milan"la müqavilə imzalayacağı tarix bəlli olub
İDMAN
11:49 13.07.2025
360
Xorvatiyalı futbolçu Luka Modriçin İtaliya təmsilçisi "Milan"la müqavilə imzalayacağı tarix bəlli olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu, iyulun 14-də baş tutacaq.

39 yaşlı yarımmüdafiəçi həmin gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən İspaniyanın "Real" klubunda çıxış edib. O, 2024/2025 mövsümündə komandada 62 oyuna 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
 
\"Report"
OXŞAR XƏBƏRLƏR