Moldova bundan sonra “Qazprom”dan qaz almayacaq

Moldova bundan sonra “Qazprom”dan qaz almayacaq
DÜNYA
19:23 02.10.2023
198
Moldova Avropa bazarından yanacaq almağa müvəffəq olduğu üçün bundan sonra Rusiyanın "Qazprom” şirkətindən qaz almayacaq.

Bu barədə Moldovanın energetika naziri Viktor Parlikov bildirib.

"Biz bundan sonra konstitusional hakimiyyətin nəzarətində olan ərazilər üçün "Qazprom”dan təbii qaz almayacağıq”, - nazir qeyd edib.

Onun sözlərinə görə, respublika qazı Avropa bazarından almaqla alternativ mənbələrdən əldə etməyə nail olub. "Üstəlik, biz bunu "Qazprom”la müqavilədə nəzərdə tutduğumuz düsturdan daha aşağı qiymətə edə bildik”, – Viktor Parlikov vurğulayıb.
 
///Apa
OXŞAR XƏBƏRLƏR