Moldova hava limanında saxlanılan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA

Moldova hava limanında saxlanılan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
14:00 13.11.2025
149
Bakıdan Ukraynaya gedən azərbaycanlı tələbələrdən ibarət təxminən 34 nəfərlik qrup Moldova hava limanında saxlanılıb.

Qeyd olunub ki, tələbələri heç bir əsas göstərilmədən nəzarətə alıblar və uzun müddət hava limanında gözləməyə məcbur ediblər.

Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirdi ki, Moldovadakı Səfirliyimiz məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib.

"Onların Universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfindən Ukraynaya buraxılmayıblar. Onlar ölkəmizə geri qaytarılacaq".
 
 

OXŞAR XƏBƏRLƏR