Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstana çağırış etdi

Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstana çağırış etdi
DÜNYA
15:48 03.02.2023
351

Moldova Prezidenti Maya Sandu Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilinin azad olunması ilə bağlı çağırış edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Maya Sandu "Twitter" hesabında paylaşım edib.

O, Saakaşvilinin vəziyyətinin kritik olduğunu bildirib:

"Mixail Saakaşvilinin kritik fiziki vəziyyəti son dərəcə narahatedicidir. Müxalifət liderinin işgəncə ilə öldürülməsi Avropa İttifaqına üzv olmaq istəyən bir ölkə üçün qəbuledilməzdir. Saakaşvili dərhal azad edilməli və müalicə üçün xaricə göndərilməlidir”, - Moldova dövlət başçısı vurğulayıb.

Mikayıl

OXŞAR XƏBƏRLƏR