Moldova Rusiya qoşunlarının Dnestryanı regiondan çıxarılmasını tələb edir

Moldova Rusiya qoşunlarının Dnestryanı regiondan çıxarılmasını tələb edir
DÜNYA
19:34 30.11.2023
195
Moldova Rusiya qoşunlarının Dnestryani regiondan çıxarılmasını tələb edir.

Bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri, baş nazirin müavini Niku Popesku deyib.

Onun sözlərinə görə, Kişinyov Rusiya qoşunlarının Dnestryanı regiondan çıxarılmasında israr etməkdə davam edəcək:

"Rusiya öz qoşunlarını Dnestryanı bölgədən çıxarmalıdır. Bu, Dnestryanı münaqişənin sülh yolu ilə həlli üçün əlverişli şərait yaradacaq”.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir bu barədə ATƏT xarici işlər nazirlərinin Şimali Makedoniyada keçirilən iclası çərçivəsində Rumıniya, İspaniya, Çexiya, Danimarka, Fransadan olan həmkarları ilə görüşündə deyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR