Moldova Rusiyaya xəbərdarlıq etdi: "Təkrarlanarsa, səfərbərlik elan edəcəyik"

Moldova Rusiyaya xəbərdarlıq etdi: "Təkrarlanarsa, səfərbərlik elan edəcəyik"
DÜNYA
16:19 19.10.2022
422
Moldova Rusiyaya xəbərdarlıq edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Moldovanın müdafiə naziri "Nosaty TVR Moldova” telekanalına müsahibəsində Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı açıqlamalar verib.

Nazir Anatoli Nosaty deyib ki, Ukraynadakı münaqişələr Moldova sərhədlərinə doğru istiqamətlənərsə, səfərbərlik elan oluna bilər.

Ukraynaya qarşı atılan bəzi Rusiya raketlərinin Moldova ərazisi üzərindən keçdiyini qeyd edən Nosatiy bunun bir daha təkrarlanacağına dair heç bir zəmanətin olmadığını, bu səbəbdən təhlükəsizlik məsələlərində Qərb tərəfdaşları, NATO və Rumıniyadan dəstək istədiklərini bildirib.

Digər tərəfdən, Moldova prezidenti Maia Sandu oktyabrın 17-də Rusiyanın Moldovanın suverenliyinə və təhlükəsizliyinə müdaxilə edəcəyi təqdirdə lazımi tədbirlərin görüləcəyini bəyan edib.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR