Moldova-Ukrayna sərhədində 5 nəzarət-buraxılış məntəqəsi bağlanıb

Moldova-Ukrayna sərhədində 5 nəzarət-buraxılış məntəqəsi bağlanıb
DÜNYA
20:26 31.10.2022
305
Ukraynaya kütləvi raket hücumu nəticəsində Moldova-Ukrayna sərhədində 5 nəzarət-buraxılış məntəqəsinin (keçid məntəqəsi) fəaliyyəti dayandırılıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə Moldovanın "NewsMaker” nəşri məlumat yayıb.

Bildirilib ki, 4 nəzarət-buraxılış məntəqəsi təhlükəsizlik, 1 keçid məntəqəsi isə Ukrayna tərəfdən elektrik enerjisinin kəsilməsi səbəbindən bağlanıb.

Moldova sərhədçiləri həmvətənlərini Ukraynaya səfərləri müvəqqəti təxirə salmağa çağırıb.
OXŞAR XƏBƏRLƏR