Moldovada parlament seçkiləri baş tutmuş hesab edilib

Moldovada parlament seçkiləri baş tutmuş hesab edilib
DÜNYA
16:06 28.09.2025
174

Moldovada parlament seçkiləri baş tutmuş hesab edilib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayır.

MSK-nın məlumatına görə, yerli vaxtla saat 14:30-a səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçmiş Moldova vətəndaşlarının 33%-dən çoxu seçkilərdə iştirak edib. Bu, seçkiləri etibarlı elan etmək üçün tələb olunan minimum seçici sayıdır.

MSK günün birinci yarısında seçici fəallığının nisbətən aşağı olduğunu bildirib. Bununla belə, günortadan sonra həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rəqəmlər yaxşılaşıb.
 
//report
OXŞAR XƏBƏRLƏR