Moldovanın Moskvadakı səfiri Lilian Darie martın 24-də Rusiyanın Kişinyovdakı səfirliyi yaxınlığında keçirilən aksiya ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında bildirilib.
Qeyd olunub ki, etirazçılar təhqiredici şüarlar səsləndirib və qəbuledilməz hərəkətlər ediblər.
Rusiya Moldovadan səfirlik yaxınlığında aksiyaların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.