Molla Tac ud Din Übeydulla Xan Pakistandakı "Ləşkəri Taibə" hərəkatının nüfuzlu şəxslərindən biri, Lahor və Pişəvər şəhərlərində on minlərlə ardıcılı olan nüfuzlu din xadimidir.Lakin onun Lahor şəhərindəki toylardan birindəki rəqsi mollanı biabır edib.Həyatı boyu dilinə spirtli içki vurmamış Übeydulla Xan toyda nar şirəsi içməyə başlayıb. Bir kiçik kasa, iki kasa, sonra üç kasa... Nar şirəsi bir qədər qıcqırmış olduğundan tərkibində spirt vardı və Übeydulla Xan da spirtin dadını bilmədiyindən şirədən xoşhallanıb, keflənib.Qıcqırmış nar şirəsindən "dəmlənmiş" 68 yaşlı mollanın kefi durulub və o, ortaya düşərək rəqs etməyə başlayıb.Molla nə etdiyinin, nə rəqs etdiyinin fərqində olmadığından onun hərəkətləri bir qədər biədəb idi.Übeydulla Xan rəqsə başlayandan sonra isə ona şabaş verənlər pulu sel kimi töküblər.Ertəsi gün molla çox pərişandı."O nar şirəsi başıma oyun açdı. Biabır oldum", - məşhur molla deyib.(milli.az)