Azərbaycanlı oliqarx Telman İsmayılov əliaçıqlığı ilə məşhurdur. Hollivud aktyorlarının onun ad günlərində iştirakı adi hala çevrilib. "Antalyadakı "Маrdan Palace" otelinin açılışına Riçard Gir, Meray Keri, Şeron Stoun, Tom Stoun, Tom Cons və Peris Hilton gəlmişdi. O vaxt dəvət olunanlar arasında Monika Beluççi vardı.Ola bilsin hollivud divasının oliqarxla romanı barədə şayiələr elə o vaxt yaranmışdı. Ulduz aktrisa Vensan Kassellə boşandığını bəyan etdikdən sonra mövzu yenidən gündəmə gəldi.Cütlüyün ayrılma səbəblərini müzakirə edərkən, aktrisanın Telman İsmayılovun gecəsində iştirakı yada düşdü. Sentyabrın axırlarında Beluççinin ad günüdə Azərbaycan mətbuatında təbrik edilməsi ilə "şayiələr" öz təsdiqini tapdı.İsmayılovun Beluççi ilə romanını dəqiqləşdirmək üçün "Komsomolskaya pravda" onun kiçşik oğlu Sərxana zəng etmişdi və oğul atası ilə aktrisa barədə gəzən şayiələri eşitdikdə sadəcə gülmüşdü.Üstündən iki ay keçdikdən sonra birdən-birə Monika Beluççi özü baş verənlərə aydınlıq gətirmək qərarına gəlib. Aktrisa İtaliyanın "Vanity Fair" jurnalına müsahibəində, "Heç bir şeyə əsaslanmayan bu xəbər mən bilmirəm haradan yarana bilər?" - deyib.O, qeyd edib ki, Kassellə ayrılmalarının səbəbi fərqli və müxtəlif istiqamətli şəxsiyyət olmalarıdı və həyatında kişi olmadığını deyib.Beluççi Kasselin başqa qadınla görüşməsindən xəbərsiz olduğunu söyləyib. Bununla yanaşı aktrisanın əri ilə birlikdə yaşadığı Fransadan vətəni İtaliyaya dönmək planının hazırda olmadığı bəlli oldu.