Monqolustan 2025-ci ildə ikinci meningit hadisəsi baş verdiyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər Mərkəzi (NCCD) məlumat yayıb.
Açıqlamaya görə, xəstəliyin "Neisseria meningitidis” bakteriyasının törətdiyi infeksiya nəticəsində inkişaf etdiyi bildirilib.
Səlahiyyətli şəxslər valideynlərə xəbərdarlıq edib ki, övladlarında baş ağrısı, qızdırma, boyun tutulması, ürəkbulanma, qusma, işığa və səsə həssaslıq kimi meningit əlamətlərinə qarşı diqqətli olsunlar və dərhal həkimə müraciət etsinlər.
Oksana