Monqolustanda güclü zəlzələ - Təkanlar Rusiyada da hiss edildi

Monqolustanda güclü zəlzələ - Təkanlar Rusiyada da hiss edildi
DÜNYA
18:26 03.05.2021
597
Monqolustanda Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Xubsuqul gölü yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.

Qeyd olunur ki, 3-4 bal gücündə yeraltı təkanlar Rusiyanın İrkutsk vilayətində də hiss olunub.
OXŞAR XƏBƏRLƏR