Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqlədi

Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqlədi
İQTİSADİYYAT
12:55 24.07.2026
432

Beynəlxalq reytinq agentliyi "Moody’s Ratings” Kapital Bank-ın Ba2 uzunmüddətli depozit reytinqini, ba3 səviyyəsində əsas kredit qiymətləndirməsini (Baseline Credit Assessment – BCA) və müsbət proqnozunu (Positive Outlook) təsdiqləyib. Bu qərar bankın maliyyə dayanıqlığını bir daha təsdiqləyir.


Agentliyin qiymətləndirməsinə əsasən, reytinq bankın güclü aktiv keyfiyyəti, yüksək gəlirliliyi, bazar maliyyələşməsindən məhdud asılılığa malik dayanıqlı maliyyələşmə bazası və yüksək likvidlik səviyyəsi ilə əsaslandırılır.

 

"Moody’s” bankın gəlirliliyinin növbəti 12–18 ay ərzində də ümumilikdə sabit qalacağını gözləyir. Agentliyin rəyinə görə, kredit portfeli üzrə gəlirliliyin artması və komissiya gəlirlərinin yüksəlməsi bankın maliyyə nəticələrini dəstəkləməyə davam edəcək. Eyni zamanda, risklə ölçülmüş aktivlərin artım tempinin yavaşıması kapital mövqeyi üzərindəki təzyiqi azaldacaq.


"Moody’s”, həmçinin, Kapital Bank-ın Azərbaycanın aktivlər üzrə ikinci ən böyük bankı olduğunu, kreditlər və müştəri depozitləri bazarında əhəmiyyətli paya malik olduğunu vurğulayıb. Agentlik bankın uzunmüddətli depozit reytinqi üzrə müsbət proqnozunu Azərbaycanın suveren reytinqi üzrə müsbət proqnoz və bankın fəaliyyət göstərdiyi əlverişli əməliyyat mühiti ilə əlaqələndirib.


Ümumilikdə, "Moody’s”in qiymətləndirməsi Kapital Bank-ın güclü maliyyə göstəricilərini və bazardakı mövqeyini əks etdirir.


Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı