Moreno: "İmkanım olsaydı, final ərəfəsində Ronaldonu öldürərdim"

Moreno: "İmkanım olsaydı, final ərəfəsində Ronaldonu öldürərdim"
İDMAN
16:57 03.05.2018
4851

"Liverpul"un müdafiəçisi Alberto Moreno komandasının Çempionlar Liqasında finala vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb.

İspaniyalı futbolçu bunları deyib:

"İmkanım olsaydı, final ərəfəsində Ronaldunu öldürərdim. Hisslərimi ifadə etməyə söz tapa bilmirəm. Finala vəsiqə bizim üçün inanılmaz nailiyyətdir. İndi kubok lap yaxındır. Klopp çox sentimental insandır. Onun Çempionlar Liqası ilə xüsusi bağlılığı var. Salaha gəlincə, bizim üçün mövsüm boyu əhəmiyyətini itirməyən futbolçudur. Ümid edək ki, Salah daha bir parlaq oyun keçirəcək".

Real - "Liverpul" oyunu mayın 26-sı Kiyevin "Olimpiski" stadionunda baş tutacaq.


OXŞAR XƏBƏRLƏR