Parkovaya küçəsində yerləşən bazardakı yanğının 50 kvadratmetr ərazini əhatə etdiyi deyilir
Rusiyanın paytaxtı Moskva şəhərində Parkovaya küçəsində yerləşən bazarda yanğın olub.Yanğın 50 kvadratmetr ərazidə baş verib.Bazardakı meyvə-tərəvəzlə dolu piştaxtanın yandığı bildirilir. Xilasedicilərin məlumatına görə, yanğın Moskva vaxtı ilə 04.11-də nəzarətə alınıb, 04.21-də isə söndürülüb. İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan olmayıb.(Anspress)