Bu gün Rusiyanın Moskva şəhərinin hava limanlarında 20-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 14 noyabr Moskva hava limanında 20-dən çox reys təxirə salınıb. Belə ki, Şeremetyevo hava limanında beş reys, Vnukovo aeroportunda üç reys,Domodedovo hava limanında səkkiz reys gecikib. Gecikmələrlə yanaşı Şeremetyevo hava limanında üç təyyarənin, Vnukovo aeroportunda bir uçuş, Domodedovo hava limanında səkkiz reys gecikib, biri ləğv edilib.
Baş vermiş dəyişikliklərlə bağlı heç bir açıqlama verilmir.
Günel