Moskva meri Ərdoğana üzr istəməyi məsləhət görüb

DÜNYA
23:52 01.06.2016
1572
Sergey Sobyanin tvit yazıb.
Moskva şəhərinin meri Serqey Sobyanin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətlərin normallaşmasına dair addımlarla bağlı çıxışını şərh edib.
Oxu.Az xəbər verir ki, Sobyanin bu barədə Twitter sosial şəbəkəsində yazıb.
“Üzrxahlıqdan başlamaq pis olmazdı”, - o yazıb.
Xatırladaq ki, Rusiya-Türkiyə münasibətləri 24 noyabr 2015-ci il tarixdə Türkiyə qırıcısının Rusiya Su-24 bombardmançısını vurduqdan sonra gərginləşib.
OXŞAR XƏBƏRLƏR