Rusiyanın paytaxtı Moskva şəhərində havanın kəskin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bu barədə Moskva Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Moskva vaxtı ilə saat 14:00-dan axşama kimi şəhərə yağış yağacaq, şimşək çaxacaq, küləyin sürəti 15-17 m/s-dək güclənəcək.
Sakinlərə ağacların altında dayanmamaq tövsiyyə edilib:
"Vətəndaşlardan pis hava şəraitində küçədə son dərəcə diqqətli olmalarını, ağacların altına sığınmamalarını və onların yaxınlığında avtomobil saxlamamalarını xahiş edirik”, - deyə məlumatda qeyd olunub.
///BAKU.WS