Moskva vilayətinin İstra şəhəri yaxınlığında teplovoz ən yeni "İvolqa 4.0" elektrik qatarı ilə toqquşub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, toqquşma nəticəsində xəsarət alan olmayıb.
Toqquşmanın digər qatarların hərəkətinə heç bir təsir göstərmədiyi bildirilib.
Faktla bağlı Moskva-Yaroslavl Nəqliyyat Prokurorluğu araşdırma aparır.